“Rabitə”nin oyununun vaxtı dəyişdirildi
26.02.2013 - 09:34
“Rabitə”nin oyununun vaxtı dəyişdirildi
Azərbaycan Super Liqasında növbəti təqvim dəyişikliyi olub. Apasport.az saytının məlumatına görə, buna “Rabitə”nin “Dördlər finalı”nda iştirakı səbəb olub.

Belə ki, XVII turda keçirilməli olan “Rabitə” – “Bakı-Azəryol” martın 3-də deyil, fevralın 28-də baş tutacaq.

Qeyd edək ki, həmin gün VIII turdan təxirə “Azərreyl” – “İqtisadçı” qarşılaşması da olacaq.