İnzaqi “Milan”da yeni vəzifəyə təyin edildi
26.02.2013 - 23:11
İnzaqi “Milan”da yeni vəzifəyə təyin edildi
İtaliya milli komandasının veteran hücumçusu və “Milan”ın uşaq futbol komandasında işləyən Filippo İnzaqi növbəti mövsümdən etibarən “rossonyerlər”də yeni vəzifədə işləyəcək. Apasport.az saytının məlumatına görə, İnzaqi Milan təmsilçisinin gənclərdən ibarət komandasına rəhbərlik edəcək.

O, həmçinin “Milan”ın çalışdırıcısı Massimiliano Alleqrinin məşqçi qərargahına köçəcək.

Qeyd edək ki, Filippo İnzaqi peşəkar futbolçu karyerasını ötən mövsümün sonunda başa vurub.