“Dördlər finalı”na qalib kimi - YENİLƏNİB
28.02.2013 - 20:47
“Dördlər finalı”na qalib kimi - YENİLƏNİB
Bu gün Azərbaycan Super Liqasında müxtəlif turun 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan matçlardan birincisində VIII turun təxirə salınmış görüşü oynanılıb.

Həmin oyunda “Azərreyl” həftədə ikinci dəfə “İqtisadçı” ilə qarşılaşıb. Bu mövsüm “tələbələr”lə hər 2 qarşılaşmada məğlubiyyət acısı yaşayan “dəmiryolçular” bu dəfə onlardan birinin qisasını almağı bacarıblar.

Belə ki, ilk dəqiqələrdən hücuma atılan Alessandro Çiappininin yetirmələri birinci texniki fasiləyə 4, ikinci texniki fasiləyə 3 top irəlidə çıxıb. Bundan sonra “İqtisadçı” fərqi minimuma (21:22) endirsə də, qələbəni “Azərreyl” qazanıb.

Ardınca universitet komandası daha iddialı görünüb. Lakin II hissənin əvvəlindən hesabda irəlidə olan komanda sonda yenidən təşəbbüsü əldən verib. Hücumda oyunu alınmayan və rəqibin blokunu yara bilməmək onlara baha başa gəlib – 23:25.

Üçüncü hissədə də “Azərreyl” meydanda istədiyini edib. İlk texniki fasiləsindən sonra ardıcıl xallar qazanan “dəmiryolçular” yekunda seti 5 top irəlidə bitirməklə, “İqtisadçı” ilə xal fərqini 5-ə endirib.

*****

Günün digər oyununda “Bakı-Azəryol” “Rabitə” ilə qarşılaşıb. Aleksandr Çervyakovun komandası son illərin dəyişməz ölkə çempionu ilə matçdan məğlub ayrılıblar – 1:3. Hazırda əla formada olan “Rabitə” Çempionlar Liqasının “Dördlər finalı” öncəsi son oyununa çıxaraq, müxtəlif kombinasiyaları sınaqdan keçirib. Onlar hələ uduzmadıqları “Bakı-Azəryol” üzərində layiqli qələbə qazanaraq, fanatlarına əla oyun göstəriblər ki, bu da səfərə xoş əhval-ruhiyyədə yollanmalarına gözəl zəmin yaradıb.

Matça gəlincə, görüşün start fitindən təşəbbüsə yiyələnən Marçello Abbondanzanın yetirmələri ilk texniki fasiləyə 8:2 hesablı üstünlüklə yollanıb. Ardınca da inamlı təsir bağışlayan komanda ikinci texniki fasilədə top fərqini 7-yə çatdırıb. Bu, “Bakı-Azəryol”un tez-tez səhvlərə yol verməsi və istədikləri kimi oynaya bilməməsinə səbəb olub. Nəticədə “Rabitə” rəqibin çətin vəziyyətə düşməsindən məharətlə istifadə edərək, hissəni asanlıqla aktivinə yazıb – 25:17.

İkinci hissədə “Bakı-Azəryol” rəqibinə ciddi müqavimət göstərib. Onlar hətta texniki fasilələrdə də irəlidə olublar - 8:6, 16:15. Lakin İstanbula səfər öncəsi müxtəlif taktiki gedişlərdən istifadə edən “Rabitə” oyunun axarını dəyişməyi bacarıb – 25:23.

“Bakı-Azəryol” istəyini dördüncü setdə həyata keçirib. Onlar setboyu əzmkar oyunları ilə fərqi azaltmağa nail olublar – 1:2. Amma onların sevinci çox çəkməyib. Çünki ardınca “Rabitə” rəqibini daha çətin duruma salaraq, şou göstərməyə başlayıb. İlk texniki fasiləyə 5 top üstün yollanan komanda ikinci texniki fasilədə 12 top irəlidə olub. Hissə isə “Rabitə”nin 25:12 hesablı qələbəsi ilə başa çatıb.

*****

Beləliklə, baş tutan 2 matçın nəticəsi yenə turnir cədvəlində hansısa dəyişikliyə səbəb olmayıb. Lakin Super Liqada 12-ci qələbəsini qazanan “Rabitə” ən yaxın izləyicisi “İqtisadçı”nın uduzması nəticəsində xal fərqini 5-ə yüksəldib. Azərbaycan çempionunun əzəli rəqibi, ilk “üçlüyü” qapayan “Azərreyl” isə liderdən yenə 10 xal geri qalır.

28 fevral
VIII turun təxirə salınmış oyunu

“AZƏRREYL” – “İQTİSADÇI” - 3:0 (25:21; 25:23; 25:20)
İlk oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (26:24; 22:25; 27:25; 27:25)
İkinci oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (25:23, 22:25, 25:20, 25:15)



XVII tur
“BAKI-AZƏRYOL” – “RABİTƏ” - 1:3 (17:25, 23:25, 25:23, 12:25)
İlk oyun: “Bakı-Azəryol” – “Rabitə” - 1:3 (17:25, 34:32, 17:25, 21:25)
İkinci oyun: “Rabitə” – “Bakı-Azəryol” - 3:1 (27:29, 25:13, 25:22, 26:24)


1
Rabitə
14
12
2
39-13
1279-1048
37
2
İqtisadçı
14
11
3
36-16
1225-1043
32
3
Azərreyl
12
9
3
29-11
980-833
27
4
Lokomotiv
13
7
6
28-20
1084-1013
22
5
Bakı-Azəryol
15
7
8
26-28
1195-1195
20
6
Telekom
14
2
12
6-36
771-1015
6
7
Lokomotiv Biləcəri
14
0
14
2-42
708-1095
0