Dünyanın ən yaxşısı Bakıda oynayırmış... - FOTO
28.02.2013 - 10:15
Dünyanın ən yaxşısı Bakıda oynayırmış... - FOTO
İtaliyada 2012-ci ilin ən yaxşı qadın voleybolçularını seçmək üçün keçirilən səsvermə başa çatıb. Apasport.az saytının məlumatına görə, respondentlər 6 nominasiya üzrə dünyanın ən güclü oyunçularını müəyyənləşdiriblər.

Qaliblər arasında ötən mövsüm “Azərreyl”də oynayan, bu il “İqtisadçı”nın şərəfini qoruyan Nutsara Tomkom da yer alıb. Tailandlı legioner oxucuların 77 faiz səsini toplayaraq, dünyanın ən yaxşı toppaylayıcısı seçilib.

Ən yaxşı liberoların siyahısında isə “Rabitə”nin üzvü Brenda Kassillo da var. O, 45 faiz səslə ikinci yeri tutub.