Belarus millisinə Azərbaycandan 2 oyunçu çağırıldı
28.02.2013 - 10:24
Belarus millisinə Azərbaycandan 2 oyunçu çağırıldı
Qadın voleybolçular arasında Belarus millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Avropa çempionatının pley-off mərhələsi üçün açıqladığı heyətə Bakının “Lokomotiv” klubundan 2 oyunçu çağırıb. Bunlar Vera Klimoviç və Olqa Palçevskayadır.

Qeyd edək ki, Belarus yığması öncə təlim-məşq toplanışı keçirəcək, ardınca final mərhələsinə yüksəlmək üçün Slovakiya millisi ilə qarşılaşacaq.