Azərbaycan Çin və ABŞ klubları ilə oynayacaq
28.02.2013 - 11:29
Azərbaycan Çin və ABŞ klubları ilə oynayacaq
Kişi basketbolçulardan ibarət Azərbaycan yığması Qırğızıstanın Bişkek şəhərində keçiriləcək ənənəvi “Novruz” turnirində iştirak edəcək. Bu barədə məlumatı apasport.az saytına millimizin baş məşqçisi Elxan Əliyev verib.

Onun sözlərinə görə, ardıcıl 3 dəfə (2010-2012) qalibi olduqları yarışda yığmamızın legionerləri oynamayacaqlar: “Biz turnirdə yığma kimi iştirak etməyəcəyik. Çünki komandamızın xaricdə forma geyinən basketbolçuları ölkə çempionatında oynayırlar. Bu səbəbdən də səfərə klublar yığması kimi gedəcəyik”.

Martın 16-23-də baş tutacaq turnirdə təmsilçimizlə yanaşı, ABŞ, Rusiya, Çin, Türkiyə klubları, habelə Özbəkistan və Qırğızıstan yığmaları qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, komandamız səfərə martın 15-də yola düşəcək.