Azərbaycan yığmasının İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənib
28.02.2013 - 13:22
Azərbaycan yığmasının İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənib
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının III İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəyi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilən ilk İslamiadada çempion olan yığmamız İndoneziyada baş tutacaq yarışa da qatılacaq.

İslam Həmrəyliyi Oyunları mayın 31-dən iyunun 17-dək Pekanbaru şəhərində keçiriləcək. Komandamızın titulunu qorumaq üçün İndoneziyaya güclü heyətlə gedəcəyi gözlənilir. Yarışlar 18 idman növü üzrə olunacaq.

Qeyd edək ki, Azərbaycan 2017-cü ildə IV İslam Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.