“Bakıda etdiyim bazarlıq yadımdan çıxmır”
01.03.2013 - 12:42
“Bakı”nın sabiq braziliyalı voleybolçusu Renata Kolombonun apasport.az saytına müsahibəsi
- Artıq yarım ildir karyeranızı ölkənizdə davam etdirirsiniz. Orada işləriniz necə gedir?
- Hər şey qaydasındadır. “Bakı”dan sonra “Sao Bernardo”da çıxış edirəm.
- Azərbaycanı tərk etdikdən sonra bizim çempionatı izləyirsinizmi?
- Əlbəttə. “Bakı”dan ayrıldıqdan sonra da Super Liqanın oyunlarını diqqətdə saxlayıram. Çünki çempionatınız çox maraqlı keçir.
- Super Liqa kənardan necə görünür?
- Möhtəşəm. Əksər oyunlarda gərgin mübarizənin şahidi oluruq.
- Necə fikirləşirsiniz, bu mövsüm Azərbaycan çempionu tituluna kim yiyələnəcək?
- Mənə elə gəlir ki, “Azərreyl” çempionluq həsrətinə bu mövsüm son qoyub qızıl medallara yiyələnəcək. Çünki onların heyətində çox təcrübəli voleybolçular yer alıb.
- “Azərreyl”in lider “Rabitə”dən 10 xal geri qalmağından xəbəriniz yoxdur? Pley-off mərhələsi olmayacağından bu fərqi aradan qaldırmaq mümkündürmü?
- Açığı, fərqin belə olduğunu bilsəm də, yarışın yeni formatından xəbərim yox idi.
- Bəs şərəfini qoruduğunuz “Bakı”nın artıq tarixin yaddaşına köçdüyünü və “Azəryolservis”lə birləşərək, “Bakı-Azəryol” adlanmasını necə qarşıladız?
- Azərbaycan voleybolunu izlədiyimdən bundan da xəbərim oldu. Lakin bu məsələyə münasibət bildirmək istəmirəm.
- Azərbaycan və Braziliya çempionatlarını müqayisə edə bilərsiz? Məsələn sizin oynadığınız komanda Super Liqada mükafatlar uğrunda mübarizə apara bilər?
- Əlbəttə, çempionatları müqayisə etmək olar. Amma mənim çıxış etdiyim “Sao Bernardo” Super Liqada medallar uğrunda mübarizə aparmaq iqtidarında deyil.
- Bir mövsüm oynadığınız Azərbaycan barədə hansı xatirələriniz qalıb?
- Oradakı dostlarımı yaxşı xatırlayıram. Bakıda etdiyim bazarlıqlar yadımdan çıxmır. Çox istiqanlı, mehriban və qonaqpərvər xalqınız var. Bakı üçün çox darıxıram.
- Ölkəmizdə hansısa unuda bilməyəcəyiniz hadisə varmı?
- Azərbaycanda tam fərqli mədəniyyət gördüm. Bu mənə unudulmaz hisslər bəxş etdi.
- Yenidən Azərbaycan klublarından birində çıxış etmək istərdizmi?
- Əlbəttə. Niyə də yox? Axı, mən Bakını çox sevirəm!
- Super Liqada hansı kluba daha çox rəğbət bəsləyirsiz?
- Komandalarınızın hamısı barədə eyni fikirdəyəm. Hansınısa fərqləndirə bilmərəm.
- Bəs Azərbaycanda gördüyünüz voleybolçulardan hansının oyununu bəyəndiniz?
- Super Liqada çox sayda səviyyəli voleybolçular var. Mən Valeriya Korotenko və Polina Rəhimovanı fərqləndirə bilərəm.
- “Bakı”da sizin baş məşqçiniz olan Ancello Vercesi də Braziliyadadır. Onunla görüşmək imkanınız olurmu?
- Boş vaxtlarımız olanda arabir görüşə bilirik. Həmçinin, bayramlarda da söhbətləşirik.
- Yəqin ki, “Rabitə”nin Çempionlar Liqasında “Dördlər finalı”na çıxmasından xəbəriniz var. Azərbaycan çempionundan bu yarışda nə gözləmək olar?
- Heyətində belə ulduz voleybolçular yer alan komandadan yaxşı nəticə gözləyirəm. Onların rəqibləri də Avropa voleybolunun nəhəngləridir. Oyunlar çətin keçəcək, lakin kuboku almaq mümkündür.

0
0