“Qızıl set” müzakirəyə çıxarıldı
01.03.2013 - 16:59
Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbərliyi və qitənin nüfuzlu klublarının nümayəndələri ilə Lüksemburqda baş tutan görüşünün detalları məlum olub. Apasport.az saytının məlumatına görə, yığıncaqda iştirak edən klublar avrokuboklarla bağlı bir sıra təkliflərini irəli sürüb.
CEV prezdenti Andre Meyer komandaların mövcud qaydalarla bağlı iradlarını dinləyib, çatışmazlıqları və mümkün yenilikləri müzakirə edib. Qurum başçısı bəzi ideyaların həqiqətən də maraqlı olduğunu və yaxın vaxtlarda daha dərindən təhlil ediləcəyini deyib.
Əsas müzakirələr isə avrokubokların pley-off mərhələsi ilə bağlı olub. Belə ki, klublar dairəvi sistemli yarışlarda olduğu kimi pley-offda da 3:0 və 3:1 hesablı qələbənin 3:2 ilə müqayisədə daha dəyərli olmasını istəyir. Yəni bir matçı 2 və ya 3 set fərqi ilə qalib gələn komanda digər qarşılaşmada tay-brekdə mərhələ adlaya bilsin. İndiki qaydalara əsasən isə belə vəziyyətdə də “Qızıl set” oynanılır.
Yığıncaqda iştirak edən İtaliya klublarının nümayəndələri isə “Qızıl set”in tay-brek kimi 15-ə qədər davam etməsinin əleyhinə çıxıb. Apenninlilər cütün taleyinin həll olunduğu hissənin adi setlər kimi 25-ə qədər davam etməsini məqsədəuyğun sayır. Lakin CEV rəhbərliyi bu ideyanın gerçəkləşməsini inandırıcı saymayıb. Çünki 5 set davam edən oyunun ardından yenidən 25-ə qədər mübarizə aparmaq voleybolçular üçün problem yarada bilər.
Bundan başqa, oyunların protokoluna daxil edilən oyunçuların sayı da müzakirə obyekti olub. İndi hər oyuna biri libero olmaqla, 12 voleybolçu sifariş edən klublar bu rəqəmlərin artırılmasını istəyir. Məşqçilərin sərəncamında 2 libero olmaqla 15 voleybolçunun olması onlara oyunçu seçimində geniş imkanlar olacaq.
Qeyd edək ki, müzakirə olunan məsələlər arasında avrokuboklara əsasən hesablanan reytinq də olub. Klublar bu siyahının hesablanmasında və təmsilçilik sayında da müəyyən yeniliklərin edilməsi ideyası ilə çıxış edib.

0
0