“Azərreyl” və “İqtisadçı” üçün asan oyun
02.03.2013 - 00:00
“Azərreyl” və “İqtisadçı” üçün asan oyun
Sabah Super Liqada növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq 2 matçla XVII tura yekun vurulacaq.

Günün ilk qarşılaşmasında “Azərreyl” “Lokomotiv Biləcəri” ilə gücünü yoxlayacaq. Alessandro Çiappinin yetirmələri görüşün vahid favoritidir və onların əvvəlki dövrələrdə olduğu kimi rəqibini asanlıqla məğlub edəcəyi gözləniləndir.

Turun son qarşılaşmasında da “İqtisadçı”nın “Telekom” qarşısında büdrəyəcəyi inandırıcı deyil. Çünki 2 gün öncə “Azərreyl”ə uduzan universitet komandası qisasını gənclərdən qurulmuş debütantdan almağı planlaşdırır.

3 mart
XVII tur

17:00. “AZƏRREYL” – “LOKOMOTİV BİLƏCƏRİ”
İlk oyun: “Azərreyl” – “Lokomotiv Biləcəri” - 3:0 (25:11, 25:10, 25:12)
İkinci oyun: “Lokomotiv Biləcəri” – “Azərreyl” - 0:3 (15:25, 11:25, 13:25)


19:00. “İQTİSADÇI” – “TELEKOM”
İlk oyun: “İqtisadçı” – “Telekom” - 3:0 (25:22, 25:9, 25:21)
İkinci oyun: “Telekom” – “İqtisadçı” - 0:3 (15:25, 17:25, 19:25)



1
Rabitə
14
12
2
39-13
1279-1048
37
2
İqtisadçı
14
11
3
36-16
1225-1043
32
3
Azərreyl
12
9
3
29-11
980-833
27
4
Lokomotiv
13
7
6
28-20
1084-1013
22
5
Bakı-Azəryol
15
7
8
26-28
1195-1195
20
6
Telekom
14
2
12
6-36
771-1015
6
7
Lokomotiv Biləcəri
14
0
14
2-42
708-1095
0

Qeyd edək ki, XVII turun keçirilən yeganə oyununda “Rabitə” “Bakı-Azəryol”a 3:1 hesabı ilə qalib gəlib.