Ağayeva pley-offda
14.03.2013 - 09:34
Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son – XXX turda Azərbaycan millisinin oyunçusu Yana Ağayevanın şərəfini qoruduğu “Hyundai” EX klubunun qonağı olub.
Təmsilçimizin komandası 1 tur öncə pley-offa vəsiqə qazandığından bu dəfə lazımı oyunu göstərə bilməyib və 3:1 (27:29, 25:19, 27:25, 25:19) hesabı ilə uduzub. Ağayeva qarşılaşmada 6 xal toplayıb.
Beləliklə, 30 turun nəticəsinə əsasən 50 xal toplayan “Hyundai” turnir cədvəlində üçüncü yeri tutub. Onlar reqlamentə uyğun olaraq ikinci yerdə qərarlaşan GS klubu (62 xal) ilə pley-off oynayacaqlar. Birinci yeri tutan İBK isə bu cütün qalibini finalda gözləyir.
Qeyd edək ki, pley-off oyunları martın 16-da və 18-də olacaq. Əgər bu matçlarda bərabərlik qeydə alınarsa, qalibi müəyyənləşdirmək üçün üçüncü görüş baş tutacaq (20 mart).

0
0