“Vakıfbank” “Rabitə”yə həsəd aparır
14.03.2013 - 11:54
“Vakıfbank” “Rabitə”yə həsəd aparır
“Vakıfbank” 2011-ci ildən sonra ikinci dəfə Çempionlar Liqasının qalibi oldu. Bunu bacaran ilk Türkiyə komandası olduğumuz üçün komandanı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Vakıfbank” voleybol klubunun baş direktoru Mehmet Baykan deyib.

Komanda rəsmisi İstanbul təmsilçisinin Çempionlar Liqasının qalibi olmasına münasibət bildirib. Baykanın sözlərinə görə, “Vakıfbank” avrokuboklarda 4 kubok sevinci yaşasa da, hələ çatışmayan titulları var. Bu, onların hələ də sahib olmadıqları klublararası dünya çempionu adıdır. Belə ki, türkiyəlilərin bunu qazanmasına 2 dəfə Çempionlar Liqasının finalında məğlub etdiyi “Rabitə” imkan verməyib. Təmsilçimiz 2011-ci ildə finalda onları 3:0 hesabı ilə məğlub edib: “Hər bir kuboku qazanmışıq. Amma yenə də kolleksiyamız tamamlanmayıb. İndi sıra dünya çempionluğudur. “Vakıfbank”ın bunu da bacaracağına inanıram”.