Kapitan “Azərreyl”i tərk etdi
14.03.2013 - 14:12
“Azərreyl” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İtaliya millisinin voleybolçusu Sara Anzanello “dəmriyolçular”ın düşərgəsini tərk edib.
Buna səbəb onun qaraciyərindəki problemdir. Əvvəl Bakıda, ardınca İstanbulda müayinə edilən Saranın sağlamlığı üçün cərrahiyyə əməliyyatının zəruri olduğu üzə çıxıb. Bu üzdən vətəninə qayıdan 33 yaşlı voleybolçu yaxın günlərdə cərrah masasına uzanacaq. İtaliyalı həkimlər hepatitdən əziyyət çəkən “Azərreyl”in kapitanın qaraciyərinin dəyişməsi ilə bağlı qərar verib.
Qeyd edək ki, “Azərreyl” böyük ehtimalla onun mövqeyinə yeni oyunçu cəlb edəcək. Çünki Saranın meydana nə vaxt qayıdacağı hələ bilinmir.

0
0