Natalya Məmmədova 300-ə sevindi
15.03.2013 - 09:48
Qadın voleybolçular arasında Rusiya Superliqasında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Fakel”in qonağı olub.
Görüş Omsk təmsilçisinin layiqli qələbəsi ilə yekunlaşıb - 3:0 (25:21, 25:22, 25:20). Matç Məmmədovanın komandası üçün əlamətdarlığı ilə də yadda qalıb. Belə ki, 25:22 hesabı ilə bitən ikinci set “Omiçka”nın Superliqa tarixində qalib gəldiyi yubiley - 300-cü hissə kimi tarixə düşüb.
Qeyd edək ki, Omsk klubu qələbədən sonra xalını 33-ə yüksəldib və yenə 6-cı yerdədir.

0
0