Kişi voleybolçulara nümunə - Brenda Kastillo
15.03.2013 - 11:45
“Rabitə”nin liberosu Brenda Kastillo kişi voleybolçular üçün nümunəyə çevrilib. Apasport.az saytının məlumatına görə, kişilər arasında Çempionlar Liqasının “Dördlər finalı” ərəfəsində dominikalı legioner rusiyalılar üçün etalona çevrilib.
Şimal qonşumuzu həlledici mərhələdə Kazan “Zenit”i təmsil edəcək. Klubun yarandığı gündən onun şərəfini qoruyan yeganə voleybolçu olan təcrübəli Vladislav Babiçev yarış öncəsi Rusiya mətbuatına müsahibə verib: “Azərbaycanın “Rabitə” klubunun liberosu Kastillonun oyunu diqqətimi çəkdi. O topu elə qəbul edirdi ki, sanki ilk ötürməni verir. Brendanın elə qəbuldan hücuma ötürmə verməyini izləmək isə adama yalnız zövq verirdi. Siz bir libero kimi buna necə yanaşırsız?”
32 yaşlı Babiçev də Kastillonun ona nümunə göstərilməsini təbii qarşılayıb: “Siz Brendadan necə oyun gözləyirsiz ki? Səhv etmirəmsə, London Olimpiadasının ən yaxşısı olub. Mən də “Rabitə”nin Kazan “Dinamo”su ilə oyununun təkcə birinci setini izlədim və başa düşdüm ki, bizim qızlara qarşı ulduzlar oynayır. Komandamıza belə komanda ilə mübarizə aparmaq çox çətindir. Bəlkə də ona görə “Dinamo” uduzdu”.

0
0