“Fənərbaxça”nın legionerindən Bakı klubunun kapitanına dəstək
17.03.2013 - 17:17
“Fənərbaxça”nın legionerindən Bakı klubunun kapitanına dəstək
“Fənərbaxşa”nın və ABŞ yığmasının voleybolçusu Lindsi Berq “Azerreyl”in kapitanı Sara Anzanelloya dəstəyini nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, Berq yaxşı tanıdığı italiyalı blokçunun tezliklə sağalmağına dua edib. Hepatitin kəskin forması aşkar olunaraq komaya düşən Sara Milanda qaraciyər köçürməyindən əməlliyat olunub.

Amerikalı oyunçu “Tvitter”dəki səhifəsində Bakı klubunun liderinə şəfa diləyib: “Sara, sən, sadəcə, ayağa qalxmalısan. Mən sənin haqda fikirləşirəm və sənə görə dua edirəm. Sən həddən çox qəlbləri fəth etmisən”.