Şarapova çempion oldu
18.03.2013 - 04:40
Şarapova çempion oldu
Tennis mövsümünün prestijli turnirlərindən olan “İndian-Uells”in qadınlar arasındakı qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, rusiyalı tennisçi Mariya Şarapovadır.

Həlledici mərhələdə onun rəqibi danimarkalı tennisçi Karolina Voznyaski olub. Şarapova hər iki setdə üstün oyun nümayiş etdirərək rəqibini 2:0 hesabı ilə üstələməyi bacarıb – 6:2; 6:2.

Mariya bu matçla birlikdə 9 dəfə qarşılaşdığı Voznyaskini 7-ci dəfə məğlub edib. Beləliklə, o, bu mövsümdə öz birinci titulunu və karyerada 28-ci zəfərini qazanıb.

Qeyd edək ki, Şarapova 2006-cı ildə Kaliforniya şəhərində keçirilən bu turnirin qalibi olub.