“Azərreyl”dən Anzanelloya dəstək
18.03.2013 - 15:14
“Azərreyl” Azərbaycan Super Liqasının bu gün keçirilən oyununa bannerlə çıxıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” bununla İtaliya millisinin üzvü olan voleybolçuları Sara Anzanelloya dəstək veriblər.
Komanda üzvləri meydana üzərində “Anza biz səninlə birlikdəyik” yazılmış bannerlə çıxmağı lazım bilib. Bununla da voleybolçular vətəninə qayıdaraq qaraciyərinin dəyişməsi üçün əməliyyat olunacaq yoldaşlarına dəstək nümayiş etdiriblər. Bu ifadə bannerin üzərində həm Azərbaycan, həm də ingilis dilində əks olunub.

0
0