Azərbaycan basketbol yığması ABŞ komandasına qalib gəldi
18.03.2013 - 16:19
Azərbaycan basketbol yığması ABŞ komandasına qalib gəldi
Qırğızıstanın Bişkek şəhərində keçirilən kişi basketbolçular arasında ənənəvi “Novruz” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ardıcıl 3 dəfə (2010-2012) qalibi olduğu yarışa bu dəfə də qələbə ilə başlayıb.

Asiyaya legionerlərsiz yollanan yığmamız turnirin ilk matçında ABŞ-ın “AİA” klubu ilə qarşılaşıb. Baş məşqçi Elxan Əliyevin yetirmələri şimali amerikalılarla dueldə 95:94 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu 2 komanda ilə yanaşı turnirdə Qazaxıstan və Qırğızıstan milliləri də mübarizə aparır. Dairəvi sistemlə mübarizə aparan komandalar sonradan yarımfinal və final matçlarında da qüvvəsini sınayacaq.