“Biz Natalya Məmmədova ilə bacara bilmədik”
19.03.2013 - 09:52
Rusiyanın “Zareçye-Odinsovo” klubunun böyük məşqçisi Aleksandr Krasilnikov Azərbaycan milli komandasının oyunçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”ya çempionatda 1:3 hesabı ilə uduzduqları oyunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, mütəxəssis rəqibin qələbəsində hücumçunun böyük rolu olduğunu düşünür.
Onun fikrincə, Məmmədovanın dəqiq zərbələri məğlubiyyətlərində həlledici olub: “Omiçka”nı qələbə münasibətilə təbrik edirəm. O, bunu layiqli qazandı. Biz demək olar bütün elementlərdə uduzduq və Natalya Məmmədova ilə bacara bilmədik. Hücumlarımızda lider çatışmırdı, gənc oyunçular isə hələ onları tam əvəzləyə bilmirlər. Buna görə də nəticə bizim üçün belə uğursuzdur”.

0
0