Millimizin baş məşqçisi komandasına zəif 4 qiyməti verdi
19.03.2013 - 10:15
“ABŞ klubu ilə oyunumuz çətin oldu. Çünki biz bura əvvəlkindən fərqli daha gənc komanda ilə gəlmişdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan basketbol yığmasının baş məşqçisi Elxan Əliyev deyib. Millimiz Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən ənənəvi “Novruz” turnirinə qələbə ilə start verib.
Belə ki, Əliyevin yetirmələri ABŞ-ın “AİA” klubu ilə 95:94 hesabı ilə qalib gəlib. Təcrübəli çalışdırıcı nəticədən fərqli oyundan razı qalmadığını bildirib: “Oyunçularımız heç də həmişə məşqçi tapşırıqlarını yerinə yetirmirdilər. Bu, xüsusilə son hissədə oldu. Sonda öz komandamıza zəif 4 qiyməti verirəm. Hakimlər briqadasına əla işə görə minnətdarlıq etmək istərdim. Turnir yenicə başlayır, bütün maraqlı şeylər hələ qabaqdadır”.

0
0