“İdman xoşbəxtliyi Azərbaycan yığmasının tərəfində idi”
19.03.2013 - 11:10
“Amerika komandasının oyununu qeyd etmək istərdim. O, ötən illə müqayisədə bu il güclüdür”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan basketbol millisinin oyunçusu Fuad Niftəliyev deyib. O, Bişkekdə ardıcıl 3 dəfə qalibi olduqları ənənəvi “Novruz” turnirində bu dəfə ilk rəqibləri olan ABŞ-ın “Aia” klubunu uduzmalarına baxmayaraq, yaxşı qiymətləndirib.
Niftəliyevin sözlərinə görə, heyətləri gənc olduğundan, onlara asan olmayacaq: “Biz bura gənc komanda ilə gəldik. Buna görə bizə həmişəkindən çətin olacağını düşünürük. Oyun maraqlı oldu. Həm bizdə, rəqibdə dəqiq atışların yaxşı faizi oldu. Amerikalılar sərt oynayırdılar. Ancaq bu, iş elementləridir və onlarsız mümkün deyil. Buna baxmayaraq, idman xoşbəxtliyi bizim tərəfdə idi. Komandamızın bütün oyunçularına təşəkkür etmək istəyirəm. Onlar ürəkdən oynayaraq, 100 faiz güclərini qoydular”.

0
0