“Azərbaycan yığmasının heyətində çox güclü hücumçu var”
19.03.2013 - 12:19
“Azərbaycan yığmasının heyətində çox güclü hücumçu var”
“Hər iki komandanın yaxşı oynaması üzündən qarşılaşma çox maraqlı alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri ABŞ-ın “AİA” klubunun basketbolçusu Coş Vaşinqton deyib.

O, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən kişi basketbolçular arasında “Novruz-2013” turnirinin ilk turunun Azərbaycanla qarşılaşması haqda fikirlərini açıqlayıb: “Komandamızın heyətində hamı yaxşı oynadı. Daniel Merser hücumda əla oynadı. Hit Makkey də özünü yaxşı tərəfdən göstərdi. Azərbaycan yığmasının heyətində isə çox güclü hücumçu var. Matçın taleyinin də o, həll etdi”.

Qeyd edək ki, yığmamız ilk turun oyununda 95:94 hesablı qələbə qazanıb.