Azərbaycan millisi Qırğızıstan komandasına məğlub oldu
21.03.2013 - 00:15
Azərbaycan millisi Qırğızıstan komandasına məğlub oldu
Qırğızıstanın Bişkek şəhərində keçirilən kişi basketbolçular arasında ənənəvi “Novruz” turnirində qrup mərhələsinin son oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Qırğızıstan komandas ilə qarşılaşıb.

Görüşdə yığmamız 70:83 hesabı ilə uduzub. Elxan Əliyevin baş məşqçisi olduğu millimiz məğlub olmasına baxmayaraq özü üçün qrupdan növbəti mərhələyə keçməyi ötən turdan təmin edib. Azərbayacn basketbolçular yarımfinalda yenə Qırğızıstanın komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, digər yarımfinalda ABŞ-ın “AİA” klubu ilə Qazaxıstandan komandası üz-üzə gələcək.