“Rabitə”dən asan, “Lokomotiv”dən əzmkar qələbə
25.03.2013 - 19:10
“Rabitə”dən asan, “Lokomotiv”dən əzmkar qələbə
Bu gün voleybol üzrə Superliqanın XX turunun 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə liderlə autsayderin “döyüşü” olub.

Belə ki, “Rabitə” “Lokomotiv-Biləcəri” ilə qarşılaşıb. İlk setdə “Rabitə” artıq aralarındakı səviyyə fərqini rəqibinə göstərə bilib – 25:10. İkinci setdə isə daha az qeydə alınan nəticəyə azarkeşlər tamaşa edib. “Rabitə” bu dəfə də rəqibinə aman verməyib – 25:3. Üçüncü setdə də “Rabitə” sensasiyaya imkan verməyib – 25:14.

Günün ikinci qarşılaşmasında isə “dəmiryolçular”ın dueli baş tutub. Burada “Lokomotiv”lə “Azerreyl” münasibətlərinə aydınlıq gətirib. Maraqlı keçən oyunda “Lokomotiv” rəqibini 3:2 (25:21; 23:25; 25:23; 15:25; 15:7) hesabı ilə məğlub edib.

XX tur
“Rabitə” - “Lokomotiv-Biləcəri” – 3:0 (25:10; 25:3; 25:14)

“Lokomotiv” – “Azərreyl” - 3:2 (25:21; 23:25; 25:23; 15:25; 15:7)


1
Rabitə
16
14
2
45-13
1429-1133
43
2
İqtisadçı
16
12
4
39-19
1358-1171
35
3
Azərreyl
15
11
4
37-14
1231-1053
34
4
Lokomotiv
15
9
6
34-23
1283-1195
27
5
Bakı-Azəryol
16
7
9
27-31
1276-1291
20
6
Telekom
16
2
14
6-42
875-1165
6
7
Lokomotiv Biləcəri
16
0
16
2-48
801-1245
0