“Azərreyl”də gözlənilməz ayrılıq
27.03.2013 - 09:39
Çempionlar Liqasının ardınca Azərbaycan Super Liqasında da işləri yaxşı getməyən “Azərreyl” daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Xorvatiya millisinin voleybolçusu Anna Qrbaç “dəmiryolçular”ın düşərgəsini tərk edib.
O, müqaviləni qarşılıqlı şəkildə pozaraq, İtaliyaya yollanıb. Qrbaç “Dördlər finalı”nda “Rabitə”nin də rəqibi olmuş “Yamamay” klubu ilə anlaşıb. Hələlik mövsümün sonuna kimi Busto Arsizo təmsilçisinin şərəfini qoruyacaq toppaylayıcının yeni ildə də orada qalacağı gözlənilir.
Qeyd edək ki, mövsümün əvvəlində “Azərreyl”ə transfer olunan Anna “Yamamay”da zədələnmiş Karli Lloydi əvəzləyəcək.

0
0