Argentina yığmasının hücumçusu Azərbaycan çempionatında!
10.04.2013 - 09:00
Azərbaycan Super Liqasında mükafatçılar sırasına düşmək iddiasından əl çəkməyən “Lokomotiv” heyətinə yeni voleybolçu qatıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” son 6 turda Argentina yığmasının hücumçusu Paula Yamila Nizetiçin köməyindən istifadə edəcəklər.
Belə ki, Bakı təmsilçisi millisinin heyətində 46 oyun keçirən, 183 sm boya malik voleybolçu ilə mövsümün sonuna kimi anlaşıb. Əgər Yamila özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilənin daha bir il artacağı istisna olunmur.
Nizetiç “Lokomotiv”ə Fransa “Kalays”indən gəlib. Son 2 mövsümü orada keçirən Yamila bu komanda ilə ölkə kubokunun finalında oynayıb (2013). O, həmçinin Argentinanın “Kordoba” (2000-2005), “Olimpiko Freyre” (2005-2007), İspaniyanın “İkaro” (2007-2008), Fransanın “Stade-Françias-Saynt-Kloud” (2008-2009) və Almaniyanın “Rote Raben” (2009-2010) klublarının şərəfini qoruyub. 24 yaşlı yeni transfer 2010-cu ildə Almaniya çempionluğunu da yaşayıb.
Nizetiç İspaniyada Azərbaycan yığmasının hücumçusu Natalya Məmmədova ilə eyni komandanın formasını geyinib.
Qeyd edək ki, “Lokomotiv” 22 turdan sonra 35 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. Ötən ilin gümüş mükafatçısı 3-cü yerin sahibi “İqtisadçı”dan 4 xal geri qalır.

0
0