Yığmamız final mərhələsinin hazırlığına Bakıda başlayacaq
10.04.2013 - 11:09
Yığmamız final mərhələsinin hazırlığına Bakıda başlayacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının final mərhələsinin hazırlıqlarına start verəcəyi gün müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamız Almaniya və İsveçrədə keçiriləcək həlledici mərhələnin məşqlərinə iyunun 1-də başlayacaq.

İlk təlim-məşq toplanışı Bakıda olacaq. Bunun ardınca isə hazırlığın ölkə xaricində davam etdirilməsi də istisna olunmur.

Qeyd edək ki, sentyabrda olacaq yarışda yığmamız Rusiya, Xorvatiya və Belarus – Slovakiya cütünün qalibi ilə C qrupunda mübarizə aparacaq.