Natalya Məmmədova 22 xal topladı, komandası uduzdu
11.04.2013 - 08:15
Qadın voleybolçular arasında Rusiya Superliqasında pley-off oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” bu mərhələdə Krasnodar “Dinamo”sunun qonağı olub.
Təmsilçimizin 22 xal qazandığı qarşılaşmada komandası məğlubiyyətdən qaça bilməyib – 1:3 (21:25, 25:22, 18:25, 17:25). Komandalar arasında ikinci oyun aprelin 14-də olacaq. Əgər “Omiçka” qalib gələrək, hesabı bərabərləşdirsə üçüncü matç da keçiriləcək (17 aprel).
Qeyd edək ki, bu mərhələdə 2 qələbə qazanan klub mərhələ adlayır.

0
0