İnessa Qorxmaz: Yeni mövsümdən Bakıda limit olacaq - MÜSAHİBƏ
11.04.2013 - 10:04
Azərbaycan millisinin sabiq voleybolçusu İnessa Qorxmaz Rusiyanın “Sport-Express” qəzetinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, hazırda menecer işləyən Qorxmaz Azərbaycan, Rusiya və Türkiyə klublarından, Yekaterina Qamovanın Bakı komandalarından birinə transferinin alınmamağından danışıb.
- Rusiya Superliqasında pley-off oyunları start götürüb. Türkiyədə isə artıq ilk mərhələ oynanılıb. Elədirmi?
- Bəli, sensasiya baş vermədi. Yarımfinalda “Qalatasaray”la “Əczaçıbaşı”, “Vakıfbank”la “Fənərbaxça” mübarizə aparacaq. İlk oyunlar artıq bu həftə olacaq. Möcüzə gözləmirəm. Hesab edirəm ki, finalda Lyubov Sokolovanın şərəfini qoruduğu “Əczaçıbaşı” ilə Çempionlar Liqasının qalibi olan “Vakıfbank” üzləşəcək. Cütün favoriti Almaniya millisini də çalışdıran italiyalı Quidettinin rəhbərlik etdiyi “Vakıfbank”dır.
- Siz qışda Yekaterina Qamovanın maraqlarını təmsil edərək, Türkiyə və Azərbaycan klubları ilə danışıqlar aparırdınız. O, niyə Rusiyada qalmağa qərar verdi? Qadın voleybolunda ən varlı klublarının cəmləşdiyi İstanbul və Bakıda rusiyalı ulduzlar niyə belə azdır?
- Kazanda, Rusiya liqasında oynamaq Katyanın qərarıdır. Hazırda rusiyalıları evdə daha çox qiymətləndirirlər. Mən müqavilə məsələlərini nəzərdə tuturam. Onların xaricdə oynamaqla bağlı maliyyə stimulu yoxdur. Əgər kimsə kənara çıxmaq istəyirsə, bunu yeni təəssüratlara, yeni təcrübəyə görə edir. Bakı və İstanbulda Rusiya yığmasının bütün oyunçularını izləyirlər. Onların çoxunu öz komandalarında görməyi arzulayırlar.
- Bakıda rusiyalılar – Tsvetkova, Erqard, Samoylova oynayır. Omskdan 2 gənc qız da var. Bunlar ulduzlar olmasalar da, “möhkəm” oyunçulardır. Əgər Azərbaycanda legionerlərə heç bir limit yoxdursa, Rusiyadan belə səviyyəli voleybolçuların axınını gözləmək olar?
- Birincisi, yeni mövsümdən Bakıda limit olacaq. Federasiya klublara heyətində 2 yerli oyunçunun olmasını məcbur edir. Özü də onlar oynamalıdırlar, digərlərinin necə etdiyinə kənardan baxmalı deyillər. İkincisi, oyunçunun pasportuna deyil, səviyyəsinə baxmaq lazımdır. Bu zaman onu necə istifadə etmək lazım olduğunu başa düşməlisən. Məsələn, Samoylovanı klubunda (“Lokomotiv”) çox yaxşı istifadə edirlər. O, komandanın aparıcı voleybolçusudur. Heyətində avrokubokun qalibi olub. Əgər kiməsə rusiyalılar lazımdırsa, onların harada iş tapmaları qətiyyən vacib deyil. Voleybolu hər yerdə oynayırlar.
- Rusiya Superliqasında oynayan Huker, Filipova, Məmmədova, Del Kore və Osmokroviçi Bakı və İstanbula “dartırlar”. Rusiya klubları hər il Türkiyə və Azərbaycanı seçən parlaq əcnəbilərini itirirlər. Yayda bu tarix təkrarlanacaq?
- Ola bilər. Ancaq burada tendensiya yoxdur. Sadəcə, legionerlər yaxşı variant axtarırlar. Rusiya ilə müqayisədə Bakı və İstanbulda kvota daha çoxdur.
- Siz Rusiya, Türkiyə və Azərbaycan klub voleybolunu daha yaxşı tanıyırsız. Sizin eviniz isə İstanbuldadır. Bu 3 çempionatdan hansı daha güclüdür?
- Türkiyədə klubların hesabına daha yaxşı səviyyədədir. Onlar hazırda Avropada hegemonluq edir. İtaliyada orta səviyyə çox güclüdür. Əsas ulduzlar liqadan gediblər. A seriyasının ən yaxşı klubları isə əvvəlki tək Avropa mükafatları uğrunda mübarizə aparır. Bu liqanı çox yaxşı xarakterizə etməyin göstəricisidir.
- Rusiyada əmindirlər ki, 6 klub öz səviyyəsinə və iddialarına görə Avropanın istənilən liqasının ilk “altılığın”dan üstündür. Elə isə biz niyə ən yaxşı deyilik?
- Çünki Krasnodar klubunun “Çelenc Cup”da qələbəsi Rusiya üçün 15 ildə ilkdir. Martda İstanbulda keçirilən “Dördlər finalı”nda isə Rusiya klubları yox idi. Orada baş mükafat uğrunda yerli “Vakıfbank” və Bakının “Rabitə” klubları mübarizə aparırdılar.

0
0