Məşhur voleybolçu: Bakıda şok yaşadım - MÜSAHİBƏ
12.04.2013 - 10:34
Az öncə “Azərreyl” klubundan ayrılan voleybolçu Karolina Vensink Hollandiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı məşhur oyunçu “dəmiryolçular”dan gedişinin səbəbini və üzləşdiyi zədədən danışıb.
- “Azərreyl”dən ayrılmaq qərarını necə qəbul etdiz?
- Həmin vaxt biz ilk növbədə onu bilməliydik ki, karyeramı davam etmək iqtidarında olacağam, ya yox. Mənim üçün sağlamlığım olması və ağrılarsız normal həyat yaşamaq vacibdir. Bundan sonra yüksək səviyyədə voleybol oynamağım haqda danışmaq olar.
- Sizin yoxluğunuz, komandadan tez getməyiniz “Azərreyl”in çıxışına təsir etməyəcək ki?
- Mən komandadan ayrılanda klub çempionluq mübarizəsindən uzaq düşmüşdü. Xoşbəxtlikdən rəhbərlik də mənim qərarımı anlayışla qarşılayıb, mövsümün sonuna kimi zədəmi sağaltmağıma imkan verdi.
- Yenidən meydana qayıtmaq şanslarınızı necə qiymətləndirirsiz?
- Mənim kimi bel ağrılarından əziyyət çəkmiş Debbi Stam və Çeyn Stalenslə bu haqda çox danışmışam. Bilirəm ki, voleybola qayıdışım çətin olacaq. Lakin mənim üçün karyeramı davam etdirmək o qədər vacib deyil. Çünki artıq həyatımın digər tərəfi daha önəmlidir.
- 10 il yüksək səviyyədə çıxış etdikdən sonra sakitliyə çəkilməyiniz sizi darıxdırmayacaq?
- Əslində, bu xoşdur. Nəhayət şəxsi həyatıma da vaxt ayıra biləcəyəm. Çünki son 10 ilim çox gərgin keçib.
- Karyeranızın son klubu “Azərreyl” oldu. Azərbaycan macəraları barədə nə deyə bilərsiz?
- Bu inanılmaz bir macəra idi. Lakin çox böyük gərginlik də vardı. Komandamızda Debbi Stam və Manon Flier kimi ulduz həmyerlilərim oynayırdı. Belə heyətlə biz uduzmamalı idik.
- Azərbaycanda həyatınız necə keçirdi?
- Başqa ölkələrdə özümü nə vaxtsa tənha hiss edə bilərdim. Lakin Azərbaycanda biz birgəydik və günümüz çox şən keçirdi. Orada həm də mədəni bir şok yaşadım. Azərbaycanda hərə özü üçün çalışır.
- Bəs yığma karyeranızı da bitmiş saymaq olarmı?
- Prinsipcə, iyulda millinin düşərgəsində olmalıyam. Baş məşqçimiz Qido Vermeulenlə daima əlaqədəyəm. Biz müalicəmin necə getdiyinə nəzarət etməliyik. İlk növbədə tam sağalmalıyam ki, sonra qərar verim.

0
0