Natalya Məmmədova komandasını 3-cü oyuna daşıdı
15.04.2013 - 08:23
Qadın voleybolçular arasında Rusiya Superliqasında pley-off mərhələsinin ikinci oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab qarşılaşmasında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Krasnodar “Dinamo”sunu qəbul edib.
İlk matçda 1:3 hesabı ilə uduzan Omsk təmsilçisi bu dəfə 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə qalib gəlib. Məmmədova görüşdə 20 xal toplayıb.
Qeyd edək ki, hər 2 komanda 1 qələbə qazandığından qalib 3-cü oyunda müəyyənləşəcək. Həlledici görüş aprelin 17-də Krasnodarda olacaq.

0
0