Azərbaycan çempionatında pley-off oyunlarının vaxtı açıqlandı
16.04.2013 - 15:02
Azərbaycan çempionatında pley-off oyunlarının vaxtı açıqlandı
Kişi basketbolçular arasında XX Azərbaycan çempionatının pley-off mərhələsinin keçirilmə tarixi bilinib. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarımfinal görüşləri aprelin 20-21-də olacaq.

“The Club Port Baku”da keçiriləcək mərhələdə “Qala” AzTOP-la, “Gəncə” “NTL-Maxxis”lə münasibətinə aydınlıq gətirəcək. Cütün qalibləri isə aprelin 27-də və mayın 3-də finalda üz-üzə gələcəklər. Həmin günlərdə həmçinin pley-offda uduzanlar bürünc mükafatçının adına aydınlıq gətirəcək.

20 aprel
11:30. “Qala” - AzTOP
13:00. “Gəncə” – “NTL-Maxxis”

21 aprel
11:30. “Qala” - AzTOP
13:00. “Gəncə” – “NTL-Maxxis”

Qeyd edək ki, əgər hər komanda 1 qələbə qazanıb, bir dəfə məğlub olsa qalibi müəyyən etmək üçün əlavə oyun keçiriləcək.