“Rabitə” sabah ardıcıl 6-cı çempionluğunu rəsmiləşdirə bilər
16.04.2013 - 15:05
“Rabitə” sabah ardıcıl 6-cı çempionluğunu rəsmiləşdirə bilər
Sabah Super Liqada XXV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, autsayder “Lokomotiv Biləcəri”nin istirahət edəcəyi turda Azərbaycan çempionunun adına aydınlıq gələ bilər.

Çempionun vaxtından 3 tur əvvəl müəyyənləşməsi daha çox günün ikinci - “İqtisadçı” – “Rabitə” görüşündən asılıdır. Belə ki, matçda Marçello Abbondanzanın yetirmələri istənilən hesabla qalib gələrlərsə və ya 2:3 hesabı ilə belə uduzarlarsa ardıcıl 6-cı çempionluğunu bayram edəcəklər. Çünki “Rabitə” aktivinə daha 1 xal yazacağı halda əzəli rəqibi “Azərreyl” üçün də əlçatmaz olacaq. Artıq digər rəqiblərini xeyli arxada qoymaqla ən azı ikinci yeri özü üçün təmin edən “Rabitə”yə çatmağa nəzəri şanslar yalnız Aleksandr Çervyakovun komandasında qalıb.

Lakin “İqtisadçı”ya da qələbə hava-su kimi lazımdır. Hesabat turunda “Rabitə”nin 3 xal qazanmasından sonra çempionluq şansını itirən universitet komandası xal qazanmayacağı halda 2-ci olmaq şansını da çətinə salacaq.

“Rabitə” bu matça artıq çempion kimi də çıxa bilər. Nə qədər inandırıcı görünməsə də, “Telekom”un “Azərreyl”dən alacağı 1 xal sonuncuların qızıl medal ümidlərini dəfn edəcək. Belə olan halda “Rabitə” xal qazanmamaqla da, Super Liqanın qalibi olacaq. Əslində isə XXV turun ilk görüşündə “Azərreyl”in “Telekom”a 1 setdə məğlub olacağı gözlənilmir. Çünki onlar hələ debütanta 1 hissə belə uduzmayıblar.

Günə isə “Bakı-Azəryol” – “Lokomotiv” qarşılaşması ilə yekun vurulacaq. Ancaq nəzəri cəhətdən ilk “üçlüy”ə düşmək şansı olan klubların duelində “Lokomotiv” üstün sayılır. Birinci 3 dövrədəki kimi “dəmiryolçular”ın yenə 3 xal qazanacaqları proqnozlaşdırılır.

17 aprel
XXV tur


15:00. “AZƏRREYL” – “TELEKOM”
İlk oyun: “Telekom” – “Azərreyl” - 0:3 (17:25, 19:25, 12:25)
İkinci oyun: “Azərreyl” – “Telekom” - 3:0 (28:26, 25:19, 25:19)
Üçüncü oyun: “Telekom” – “Azərreyl” - 0:3 (9:25; 19:25, 23:25)


17:00. “İQTİSADÇI” – “RABİTƏ”
İlk oyun: “Rabitə” – “İqtisadçı” - 3:1 (25:15, 24:26, 26:24, 26:24)
İkinci oyun: “İqtisadçı” – “Rabitə” - 3:2 (26:24, 25:18, 29:31, 20:25, 17:15)
Üçüncü oyun: “Rabitə” – “İqtisadçı” - 3:0 (25:14, 25:21, 25:23)


19:00. “BAKI-AZƏRYOL” – “LOKOMOTIV”
İlk oyun: “Lokomotiv” – “Bakı-Azəryol” - 3:1 (25:14, 26:28, 25:15, 25:19)
İkinci oyun: “Bakı-Azəryol” – “Lokomotiv” - 1:3 (19:25, 19:25, 25:18, 18:25)
Üçüncü oyun: “Lokomotiv” – “Bakı-Azəryol” - 3:1(21:25, 25:17, 25:22, 25:17)


1
Rabitə
20
18
2
57-13
1734-1361
55
2
İqtisadçı
21
15
6
51-25
1776-1500
45
3
Azərreyl
20
14
6
47-22
1628-1444
43
4
Lokomotiv
20
12
8
44-31
1697-1579
35
5
Bakı-Azəryol
21
10
11
36-38
1627-1631
29
6
Telekom
21
2
19
7-57
1138-1555
6
7
Lokomotiv-Biləcəri
21
1
20
5-61
1094-1625
3