Azərbaycandan super təklif alıb - FOTO
16.04.2013 - 17:06
Azərbaycandan super təklif alıb - FOTO
Polşanın “Atom” klubunun voleybolçusu Reyçel Rurk karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında 25 yaşlı avstraliyalı oyunçunun özü deyib.

O bildirib ki, yeni mövsümdə Sopot təmsilçisi ilə vidalaşacaq. Artıq Azərbaycan, Rusiya və Türkiyədən real təkliflər aldığını deyən voleybolçu bu ölkələrdə qazancının da yüksək olduğunu vurğulayıb: “Atom”dan gedəcəyimi dəqiqləşdirmişəm. Lakin indi təklifləri nəzərdən keçirirəm. Hazırda Azərbaycan, Rusiya və Türkiyə klublarından real təklif almışam. Onların mənə təklif etdikləri müqavilə şərtlərinin maliyyə tərəfi “Atom”la müqayisədə 4, bəlkə də 5 və 6 dəfə yüksəkdir. Fikrimcə, tezliklə yekun qərarımı verəcəyəm”.

Qeyd edək ki, Reyçel Çempionlar Liqasının qrup mərhələsində bu mövsüm “Atom”un heyətində “Rabitə”yə qarşı hər 2 oyunda forma geyinib və komandasının ən məhsuldar voleybolçusu olub.