Çempion “Azərreyl”in şansını artırdı - YENİLƏNİB
17.04.2013 - 20:36
Çempion “Azərreyl”in şansını artırdı - YENİLƏNİB
Bu gün Super Liqada XXV turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, autsayder “Lokomotiv Biləcəri”nin istirahət etdiyi turda Azərbaycan çempionunun adına aydınlıq gəlib.

Qalib vaxtından 3 tur əvvəl, günün ikinci - “İqtisadçı” – “Rabitə” görüşündə müəyyənləşib. Matçda 3:2 hesabı ilə qələbə qazanan Marçello Abbondanzanın yetirmələri ardıcıl 6-cı dəfə çempionluğunu bayram ediblər.

Belə ki, “Rabitə” qalib gəlməklə ən yaxın izləyicisi olan “Azərreyl”lə xal fərqini 11-ə çatdırıb və onlar üçün əlçatmaz olub. Çünki son illərin dəyişməz çempionu qarşıdakı 3 turda məğlub olacağı halda belə “dəmiryolçular” onlara çata bilməyəcəklər.

*****

Düzdür, “Rabitə” universitet klubu ilə matça artıq çempion kimi də çıxa bilərdi. Nə qədər inandırıcı görünməsə də, “Telekom”un “Azərreyl”dən alacağı 1 xal sonuncuların qızıl medal ümidlərini dəfn edəcəkdi. Lakin “dəmiryolçular” sensasiyaya imkan verməyiblər. Onlar ilk 3 dövrədə olduğu kimi yenə də “quru hesabla” qələbə qazanıblar. Amma buna baxmayaraq, “Rabitə” də qalib gəlməklə, onların qızıl medal qazanmaq şanslarını üstündən xətt çəkib.

*****

Tura isə “Bakı-Azəryol” – “Lokomotiv” qarşılaşması ilə yekun vurulub. Oyun gözlənildiyi kimi ikincilərin qələbəsi ilə başa çatıb. “Lokomotiv” ilk setdən sonra məğlub duruma düşsə də, yekunda ilk 3 dövrədəki kimi 3:1 hesabı ilə qalib gəlib.

*****

“Rabitə”nin çempionluğundan sonra əsas mübarizə gümüş medallar uğrunda gedəcək. Burada “Azərreyl” daha şanslıdır. Onlar “Rabitə”nin “İqtisadçı”ya qalib gəlməsindən sonra mövqelərini qoruya biliblər. Həm də Aleksandr Çervyakovun yetirmələri universitet komandasından 1 oyun az keçirdiyindən ikinci yeri tutacaqları daha inandırıcı görünür. “Lokomotiv” isə qələbə sayəsində medal qazanmaq iddiasını davam etdirir. Onlar 3-cü olmaq üçün xal itirməməli, “İqtisadçı” isə xal qazanmamalıdır. “Lokomotiv” nəzəri cəhətdən hətta ikinci də ola bilər.

17 aprel
XXV tur


“AZƏRREYL” – “TELEKOM” - 3:0 (25:17, 25:21, 25:20)
İlk oyun: “Telekom” – “Azərreyl” - 0:3 (17:25, 19:25, 12:25)
İkinci oyun: “Azərreyl” – “Telekom” - 3:0 (28:26, 25:19, 25:19)
Üçüncü oyun: “Telekom” – “Azərreyl” - 0:3 (9:25; 19:25, 23:25)


“İQTİSADÇI” – “RABİTƏ” - 2:3 (25:22; 21:25; 21:25; 28:26; 10:15)
İlk oyun: “Rabitə” – “İqtisadçı” - 3:1 (25:15, 24:26, 26:24, 26:24)
İkinci oyun: “İqtisadçı” – “Rabitə” - 3:2 (26:24, 25:18, 29:31, 20:25, 17:15)
Üçüncü oyun: “Rabitə” – “İqtisadçı” - 3:0 (25:14, 25:21, 25:23)


“BAKI-AZƏRYOL” – “LOKOMOTİV” - 1:3 (25:18; 19:25; 19:25; 16:25)
İlk oyun: “Lokomotiv” – “Bakı-Azəryol” - 3:1 (25:14, 26:28, 25:15, 25:19)
İkinci oyun: “Bakı-Azəryol” – “Lokomotiv” - 1:3 (19:25, 19:25, 25:18, 18:25)
Üçüncü oyun: “Lokomotiv” – “Bakı-Azəryol” - 3:1(21:25, 25:17, 25:22, 25:17)


1
Rabitə
21
19
2
60-15
1847-1456
57
2
Azərreyl
21
15
6
50-22
1703-1502
46
3
İqtisadçı
22
15
7
53-28
1871-1613
46
4
Lokomotiv
21
13
8
47-32
1790-1658
38
5
Bakı-Azəryol
22
10
12
37-41
1706-1724
29
6
Telekom
22
2
20
7-60
1196-1630
6
7
Lokomotiv-Biləcəri
21
1
20
5-61
1094-1625
3