Natalya Məmmədovanın komandası yarımfinala keçdi
17.04.2013 - 23:09
Azərbaycan milli komandasının hücumçusu Natalya Məmmədovanın komandası “Omiçka” Rusiya Superliqasında pley-off oyunlarının 3-cü görüşünü başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvünün komandası səfərdə Krasnodar “Dinamo”sunu 1:3 (25:23, 24:26, 19:25, 22:25) hesabı ilə məğlub edərək, adını yarımfinala yazdırıb.
Bununla da, Omsk klubu ən azı ölkə çempionatında dördüncü yeri özünə təmin edərək, ötən ilki uğurunu təkrarlayıb. Həmçinin Məmmədovanın şərəfini qoruduğu komanda Superliqada özünün 150-ci matçını oynayıb və Rusiya çempionatının yüksək divizionunda 90-cı qələbəsini qazanıb.
Qeyd edək ki, “Omiçka” yarımfinalda Tatarıstan “Dinamo”su ilə qarşılaşacaq.

0
0