“Oyunun ən yaxşısı Natalya Məmmədova idi”
18.04.2013 - 09:10
“Oyunun ən yaxşısı Natalya Məmmədova idi”
Rusiya Superliqasının pley-off mərhələsində Kranodar “Dinamo”suna qalib gələn “Omiçka”nın baş məşqçisi Zoran Terziç həlledici oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis 3-cü matçda qələbələrinin memarı Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanı sayıb.

“Bizim üçün Omskdakı oyun çox vacib idi. Evdə bizə və gücümüzə hamı inanırdı. Heç kim ağlına belə gətirmirdi ki, biz uduza bilərik. Bu inam bizə güc verdi. Gücümüzə inandıq və qalib gəldik. Bəli, Omskdakı qələbədən sonra Krasnodarda 3-cü görüşün ən yaxşı oyunçusu Natalya Məmmədovanı adlandırmaq olar. Ancaq mən bütün oyunçuları da fərqləndirərdim” – deyə, Terziç bildirib.

Qeyd edək ki, “Omiçka” yarımfinalda Kazan “Dinamo”su ilə oynayacaq.