Azərbaycanı Braziliyaya dəyişdi
18.04.2013 - 10:53
Azərbaycanı Braziliyaya dəyişdi
“Lokomotiv”in voleybolçusu Ju Kosta yeni mövsümdən vətəni Braziliyada oynayacaq. Apasport.az saytının məlumatına görə, az öncə “dəmiryolçular”ın düşərgəsindən ayrılan 31 yaşlı dünya çempionu Azərbaycana qayıtmayacağını qətiləşdirib.

O, artıq yeni müqavilə də bağlayıb. Kosta 2013/2014 mövsümündə SESİ-SP klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, braziliyalı Bakı klubundan ailə probleminə görə müvəqqəti ayrılsa da, sonradan qarşılıqlı şəkildə müqavilə pozulmuşdu.