Bakıda çalışan məşqçinin cibindəki yer - FOTO
18.04.2013 - 11:33
“Lokomotiv”in baş məşqçisi Cuzeppe Kuçarini Super Liqanın “Bakı-Azəryol”la oyununu şərh edib. Apasport.az saytının məlumatına görə, 3:1 hesablı qələbədən sonra yetirmələrindən razı qalan italiyalı mütəxəssis hələ də medal qazanmaq ümidini itirmədiyini deyib.
Kuçarini bildirib ki, “Lokomotiv” Super Liqanı 3-cü yerdə başa vura bilər: “4-cü dəfə “Bakı-Azəryol”a 3:1 hesabı ilə qalib gəldik. Artıq 4-cü yer cibimizdədir. İndi qarşıda 3 oyun var ki, bu qarşılaşmalarda 3-cü yeri ələ keçirmək üçün çalışmalıyıq”.
İtaliyalı mütəxəssis həmyerlisi Marçello Abbondanzanın çalışdırdığı “Rabitə”nin Azərbaycanın ən güclü olmasına da münasibət bildirib: “Rabitə”ni təbrik edirəm. Bu komanda yeganə rəqibimizdir ki, mövsüm ərzindəki bütün oyunlarda bizə qalib gəlib”.
Qeyd edək ki, “dəmiryolçular” 3-cü olmaq üçün xal itirməməli, “İqtisadçı” isə xal qazanmamalıdır. “Lokomotiv” nəzəri cəhətdən hətta ikinci də ola bilər. Bunun üçün isə universitet klubu ilə yanaşı, “Azərreyl” bütün oyunlarını “quru hesab”la uduzmalıdır.

0
0