Van Persi ilin ən yaxşı oyunçusu tituluna yenə iddialıdır
20.04.2013 - 06:06
Van Persi ilin ən yaxşı oyunçusu tituluna yenə iddialıdır
İngiltərə Peşəkar Futbol Assosiasiyası ilin ən yaxşı və gənc futbolçusu titullarına sahib olacaq oyunçuların adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilin ən yaxşı futbolçusu adına namizədlər sırasında Qaret Beyl, Maykl Kerrik, Eden Azar, Xuan Mata, Robin van Persi və Luis Suares göstərilib.

Gənc oyunçular siyahısında isə Qaret Beyl, Eden Azar, Kristian Bentek, Romelu Lukaku, Denni Uelbek və Cek Uilşirin adı yer alınıb.

Qeyd edək ki, sözügedən mükafatları ötən il Robin van Persi ilə Kayl Uoker qazanıb.