Azərbaycan çempionatı dünya praktikasından uzaq düşdü
22.04.2013 - 09:56
Azərbaycan çempionatı dünya praktikasından uzaq düşdü
Voleybol üzrə Azərbaycan çempionatının son 2 gününün təqvimi məlum olub. Apasport.az saytının məlumatına görə, XXVII tur sabah, sonuncu oyun günü aprelin 26-da baş tutacaq.

Cümə gün keçiriləcək oyunların saatlarında dəyişiklik edilib. Belə ki, mükafatlandırma mərasimi olacağından görüşlər həmişəkindən 1 saat tez başlayacaq.

XXVIII tur, həmçinin derbilərlə yadda qalacaq. İlk oyunda 6-cı yerin sahibi müəyyənləşəcək. Ardınca “Lokomotiv”lə “İqtisadçı” arasında maraqlı oyun olacaq. Çempionatın son görüşündə isə əzəli rəqiblər - “Rabitə” – “Azərreyl” dueli baş tutacaq. Birincilər artıq çempionluğu rəsmiləşdirdiyindən Azərbaycan derbisində xal daha çox “dəmiryolçular”a lazım olacaq.

23 aprel
XXVII tur

15:00. “Lokomotiv Biləcəri” – “Rabitə”
17:00. “Azərreyl” – “Lokomotiv”
19:00. “İqtisadçı” – “Bakı-Azəryol”

26 aprel
XXVIII tur

14:00. “Telekom” – “Lokomotiv Biləcəri”
16:00. “Lokomotiv” – “İqtisadçı”
18:00. “Rabitə” – “Azərreyl”

Qeyd edək ki, bu arada komandaların eyni toplayacağı halda hansı prinsiplə turnir cədvəlində qərarlaşacağı da müəyyənləşib. Dünya praktikasında xallar bərabər olduğu halda, qazanılan və uduzulan setlərin nisbəti əsas götürülür. Lakin Super Liqada fərqli reqlament diqqət çəkir.

Pley-off olmadan çempionun müəyyənləşdiyi birincilikdə xallar bərabər olarsa, setlərin fərqinə baxılacaq. Əgər burada da bərabərlik qeydə alınarsa, topların fərqli, bu da eyni olarsa, şəxsi görüşlər əsas götürüləcək.