Qamova yenə Məmmədovadan geridə
23.04.2013 - 08:41
Rusiya Super Liqasının yarımfinal mərhələsində “Dinamo” (Kazan) – “Omiçka” oyununda Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın topladığı xal məlum olub. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisinin şərəfini qoruyan hücumçumuz 1:3 hesabı ilə uduzduqları matçda da bütün rəqiblərini qabaqlayıb. O, qarşılaşmada 30 xal toplayaraq, yenə görüşün bombardiri olub. Müqayisə üçün bildirək ki, kazanlıların heyətində Yekaterina Qamova təmsilçimizdən 8 xal geri qalıb.
Qeyd edək ki, komandalar arasında növbəti oyun bu gün olacaq. Mərhələ adlamaq üçün 3 qələbə qazanmaq lazımdır.
Qeyd edək ki, komandalar arasında növbəti oyun bu gün olacaq. Mərhələ adlamaq üçün 3 qələbə qazanmaq lazımdır.
0
0