Gümüşün sahibi son turda bilinəcək - YENİLƏNİB
23.04.2013 - 19:48
Gümüşün sahibi son turda bilinəcək - YENİLƏNİB
Bu gün Super Liqada XXVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, sona 1 tur qalmış bütün mükafatçıların adına aydınlıq gələ bilərdi.

Lakin “Rabitə”nin XXV turda çempionluğunu rəsmiləşdirməsindən sonra əsas mübarizə gümüş və bürünc medallar uğrunda gedir ki, bu yerlərin sahibi yenə müəyyənləşməyib. Düzdür, turun “Azərreyl” – “Lokomotiv” oyununda Aleksandr Çervyakovun yetirmələrinin 3:0 hesablı qələbəsindən sonra onların ikinci olması gözlənilirdi. Lakin bunun üçün son matçda “İqtisadçı” xal itirməli idi.

Universitet komandası isə proqnozların əksinə, Çervyakovun sabiq klubu – “Bakı-Azəryol”a heç bir şans verməyib. Hər 3 hissədə rəqibindən güclü olan “İqtisadçı” gümüş medal iddiasını bir daha orataya qoyub.

Günün digər oyununda isə “Rabitə” “Lokomotiv Biləcəri”yə asanlıqla qalib gəlib. İkinci heyətlə oynayan son illərin dəyişməz çempionu rəqibinə 3 setdə cəmi 46 xal verib.

Beləliklə, XXVII turdan sonra “Lokomotiv” medal qazanmaq şansını itirib və 4-cü yerdə qərarlaşacağı bilinib. “Bakı-Azəryol” isə mövsümü bitirib. Onların amerikalı kapitanı Cennifer Tamas (ABŞ) da peşəkar karyerasına “İqtisadçı”ya məğlubiyyətlə son qoyub.

23 aprel
XXVII tur

“LOKOMOTİV BILƏCƏRİ” – “RABİTƏ” - 0:3 (19:25; 15:25; 12:25)
Birinci oyun: “Rabitə” – “Lokomotiv Biləcəri” - 3:0 (25:9, 25:15, 25:12)
İkinci oyun: “Lokomotiv Biləcəri” – “Rabitə” - 0:3 (15:25, 19:25, 20:25)
Üçüncü oyun: “Rabitə” - “Lokomotiv-Biləcəri” – 3:0 (25:10; 25:3; 25:14)

“AZƏRREYL” – “LOKOMOTİV” - 3:1 (25:18; 28:30; 25:22; 25:15)
Birinci oyun: “Lokomotiv” – “AZƏRREYL” - 1:3 (23:25, 25:23, 26:28, 20:25)
İkinci oyun: “Lokomotiv” – “Azərreyl” - 3:2 (25:21; 23:25; 25:23; 15:25; 15:7)
Üçüncü oyun: “Azərreyl” – “Lokomotiv” - 3:1 (25:20, 21:25, 25:19, 25:17)

“İQTİSADÇI” – “BAKI-AZƏRYOL” - 3:0 (25:17, 25:21, 25:20)
Birinci oyun: “Bakı-Azəryol” – “İqtisadçı” - 0:3 (15:25, 25:27, 12:25)
İkinci oyun: “İqtisadçı” – “Bakı-Azəryol” - 2:3 (22:25, 23:25, 25:20, 25:23, 12:15)
Üçüncü oyun: “Bakı-Azəryol” – “İqtisadçi” - 0:3 (19:25, 15:25, 15:25)

1
Rabitə
23
21
2
66-15
1997-1540
63
2
Azərreyl
23
17
6
56-23
1887-1651
52
3
İqtisadçı
23
16
7
56-28
1946-1671
49
4
Lokomotiv
23
14
9
51-35
2007-1761
41
5
Bakı-Azəryol
24
10
14
37-47
1828-1880
29
6
Telekom
23
2
21
7-63
1234-1705
6
7
Lokomotiv-Biləcəri
23
1
22
5-67
1197-1775
3


Qeyd edək ki, sonuncu - XXVIII tur aprelin 26-da olacaq.