“Lokomotiv” relsdən çıxdı
23.04.2013 - 17:48
“Lokomotiv” relsdən çıxdı
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının ilk “üçlüyü” məlum olub. Apasport.az saytının məlumatına görə, bu, “Lokomotiv”in medal qazanmasına nəzəri şanslarını itirməsindən sonra gerçəkləşib.

Belə ki, çempionatın XXVII turunun ikinci oyununda Cuzeppe Kuçarininin yetirmələrinin “Azərreyl”ə 1:3 hesabı ilə uduzması ilk “üçlük”dən kənarda qalmalarına səbəb olub. Beləliklə, sonuncu turun nəticəsindən asılı olmayaraq, ilk 3 pillədə “Rabitə”, “Azərreyl” və “İqtisadçı” qərarlaşacaq. Əgər “Rabitə” çempionluğu xeyli əvvəldən özünə təmin edibsə, hələ ikinci yerin adına aydınlıq gəlməyib.

Qeyd edək ki, “Lokomotiv” ötən il vitse-çempion olmuşdu.