Natalya Məmmədova bu dəfə antiqəhrəman oldu
24.04.2013 - 09:13
Natalya Məmmədova bu dəfə antiqəhrəman oldu
Rusiya Super Liqasının yarımfinal mərhələsində “Dinamo” (Kazan) – “Omiçka” oyununda Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın topladığı xal məlum olub. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisinin şərəfini qoruyan hücumçumuz 0:3 hesabı ilə uduzduqları matçın antiqəhrəmanı olub.

Belə ki, görüşə xəstə çıxan və əsasən ehtiyatda olan Natalya cəmi 2 xal toplayıb. Buna da səbəb onun hücumlarının alınmaması olub. Görüşdə ən çox xalı isə Məmmədovanın komanda yoldaşı Nelli Alişeva qazanıb. O 25 zərbəsi vurub.

Qeyd edək ki, finala 3 dəfə qalib gələcək komanda yüksələcək. Kazanda 2 matçda uduzan “Omiçka” növbəti görüşünü Omskda keçirəcək.