Gümüş üçün 36 variant: “Azərreyl”, yoxsa “İstisadçı” şanslıdır?
24.04.2013 - 11:57
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının gümüş və bürünc mükafatçılarının adına sonuncu – XXVIII turda aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, bu, Voleybol Federasiyasının mövsümün gedişində dəyişdiyi reqlamentə əsasən bu cür alınıb.
Belə ki, XXVII turdan sonra yerli, hətta xarici həmkarlarımız “Azərreyl”in ikinci yeri tutduğunu bildirirlər. Düzdür, dünya praktikasına əsaslansaq, bu, belədir. Lakin Azərbaycanda reqlament tam fərqlidir. Qaydalara nəzər saldıqda görürük ki, turnir cədvəlində mükafatçılar müəyyənləşsə də, hələ gümüş və bürünc medalların sahibləri bilinmir. Yəni, dünya praktikasında xallar bərabər olduğu halda, qazanılan və uduzulan setlərin nisbəti əsas götürülür. Lakin pley-off olmadan çempionun müəyyənləşdiyi Super Liqada xallar bərabər olarsa, setlərin fərqinə baxılacaq. Əgər burada da bərabərlik qeydə alınarsa, topların fərqi, bu da eyni olarsa, şəxsi görüşlər əsas götürüləcək.
İndi isə turnir cədvəlinə diqqət yetirək. Sonuncu turun nəticəsindən asılı olmayaraq, ilk 3 pillədə “Rabitə”, “Azərreyl” və “İqtisadçı”nın qərarlaşacağı dəqiqdir. Əgər “Rabitə” çempionluğu xeyli əvvəldən özünə təmin edibsə, digər 2 klub gümüş medal uğrunda döyüşür. Özü də son tur universitet komandası üçün münasibdir: “dəmiryolçular” əzəli rəqibləri “Rabitə”, “İqtisadçı” isə artıq dördüncülüklə barışan “Lokomotiv”lə üz-üzə gələcək.
Bu oyunda “Azərreyl”in qələbə qazanması heç də asan olmayacaq. Bundan öncəki 3 dövrədə onlar 1 dəfə 3:1 hesabı ilə qalib gəldikləri halda, digər görüşlərdə 0:3 hesabı ilə uduzublar. Düzdür, “dəmiryolçular”a son turun 2 vacib oyununda qeydə alına biləcək nəticələrin 36 variantından 33-ü sərf edir. Yalnız 3 variantda gümüş “İqtisadçı”ya nəsib olacaq. Lakin həmin variantlar da daha inandırıcı görünənlərdir.
“Rabitə” oyunu 3 setdə bitirərsə, eyni asanlıqla qalib gələcəyi halda “tələbələr” ikinci yeri tutacaq. Bu halda set fərqində öndə olacaq “İqtisadçı” hətta oyunu 4 hissədə bitirsə belə “Azərreyl”i arxada qoyacaq. Lakin bu halda set fərqi də bərabərləşəcəyindən universitet komandası top fərqində də öndə olacaq.
Həmin top fərqi “Rabitə”nin 4, “İqtisadçı”nın 3 hissədə qalib gələcəyi halda da sonuncuların xeyrinə olacaq. Hər 2 komandanın 3:1 hesabı ilə qalib gəlməsi isə “Azərreyl”i ikinci kimi Çempionlar Liqasına çıxaracaq. Bu halda onlar set fərqində irəli keçəcəklər.
2 görüşün 36 variantı
Bu 2 görüşlə yanaşı, “Telekom” – “Lokomotiv Biləcəri” matçı da sonuncu olmamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Burada debütant 1 set qazanacağı halda mövqeyini qoruyacaq. Hətta onlar “quru hesablı” məğlubiyyətlə də 6-cı yeri tuta bilərlər. Bu, top fərqindən asılı olacaq. Çünki hazırda Biləcəri təmsilçisini top fərqində 107 xal qabaqlayan “Telekom”un bu göstəricidə geri düşəcəyi inandırıcı deyil.
26 aprel
XXVIII tur
14:00. “Telekom” – “Lokomotiv Biləcəri”
16:00. “Lokomotiv” – “İqtisadçı”
18:00. “Rabitə” – “Azərreyl”

“Rabitə” – “Azərreyl” | “Lokomotiv” – “İqtisadçı” | GÜMÜŞ | BÜRÜNC |
3:0 | 3:0 | “Azərreyl” | “İqtisadçı” |
3:0 | 3:1 | “Azərreyl” | “İqtisadçı” |
3:0 | 3:2 | “Azərreyl” | “İqtisadçı” |
3:0 | 2:3 | “Azərreyl” | “İqtisadçı” |
3:0 | 1:3 | “İqtisadçı” | “Azərreyl” |
3:0 | 0:3 | “İqtisadçı” | “Azərreyl” |
3:1 | 3:0 | “Azərreyl” | “İqtisadçı” |
3:1 | 3:1 | “Azərreyl” | “İqtisadçı” |
3:1 | 3:2 | “Azərreyl” | “İqtisadçı” |
3:1 | 2:3 | “Azərreyl” | “İqtisadçı” |
3:1 | 1:3 | “Azərreyl” | “İqtisadçı” |
3:1 | 0:3 | “İqtisadçı” | “Azərreyl” |
3:2 | 3:0 | “Azərreyl” | “İqtisadçı” |
3:2 | 3:1 | “Azərreyl” | “İqtisadçı” |
3:2 | 3:2 | “Azərreyl” | “İqtisadçı” |
3:2 | 2:3 | “Azərreyl” | “İqtisadçı” |
3:2 | 1:3 | “Azərreyl” | “İqtisadçı” |
3:2 | 0:3 | “Azərreyl” | “İqtisadçı” |
2:3 | 3:0 | “Azərreyl” | “İqtisadçı” |
2:3 | 3:1 | “Azərreyl” | “İqtisadçı” |
2:3 | 3:2 | “Azərreyl” | “İqtisadçı” |
2:3 | 2:3 | “Azərreyl” | “İqtisadçı” |
2:3 | 1:3 | “Azərreyl” | “İqtisadçı” |
2:3 | 0:3 | “Azərreyl” | “İqtisadçı” |
1:3 | 3:0 | “Azərreyl” | “İqtisadçı” |
1:3 | 3:1 | “Azərreyl” | “İqtisadçı” |
1:3 | 3:2 | “Azərreyl” | “İqtisadçı” |
1:3 | 2:3 | “Azərreyl” | “İqtisadçı” |
1:3 | 1:3 | “Azərreyl” | “İqtisadçı” |
1:3 | 0:3 | “Azərreyl” | “İqtisadçı” |
0:3 | 3:0 | “Azərreyl” | “İqtisadçı” |
0:3 | 3:1 | “Azərreyl” | “İqtisadçı” |
0:3 | 3:2 | “Azərreyl” | “İqtisadçı” |
0:3 | 2:3 | “Azərreyl” | “İqtisadçı” |
0:3 | 1:3 | “Azərreyl” | “İqtisadçı” |
0:3 | 0:3 | “Azərreyl” | “İqtisadçı” |
Bu 2 görüşlə yanaşı, “Telekom” – “Lokomotiv Biləcəri” matçı da sonuncu olmamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Burada debütant 1 set qazanacağı halda mövqeyini qoruyacaq. Hətta onlar “quru hesablı” məğlubiyyətlə də 6-cı yeri tuta bilərlər. Bu, top fərqindən asılı olacaq. Çünki hazırda Biləcəri təmsilçisini top fərqində 107 xal qabaqlayan “Telekom”un bu göstəricidə geri düşəcəyi inandırıcı deyil.
26 aprel
XXVIII tur
14:00. “Telekom” – “Lokomotiv Biləcəri”
16:00. “Lokomotiv” – “İqtisadçı”
18:00. “Rabitə” – “Azərreyl”
1 | Rabitə | 23 | 21 | 2 | 66-15 | 1997-1540 | 63 |
2 | Azərreyl | 23 | 17 | 6 | 56-23 | 1887-1651 | 52 |
3 | İqtisadçı | 23 | 16 | 7 | 56-28 | 1946-1671 | 49 |
4 | Lokomotiv | 23 | 14 | 9 | 51-35 | 2007-1761 | 41 |
5 | Bakı-Azəryol | 24 | 10 | 14 | 37-47 | 1828-1880 | 29 |
6 | Telekom | 23 | 2 | 21 | 7-63 | 1234-1705 | 6 |
7 | Lokomotiv-Biləcəri | 23 | 1 | 22 | 5-67 | 1197-1775 | 3 |
0
0