Braziliyada 100 minə oynayır, Azərbaycan klubu 1 milyon verir
25.04.2013 - 09:40
Bolqarıstan millisinin voleybolçusu Elitsa Vasilyeva karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, yığmasının lideri Bakı klublarından təklif alıb.
Son mövsümdə Braziliyanın “Amil” komandası ilə ölkə çempionatında bürünc medal qazanan 194 sm boya malik 23 yaşlı ulduz Avropaya qayıtmaq arzusundadır. Cənubi Amerikada mövsümə cəmi 100 min avro qazanan Elitsa “köhnə qitə”dən aldığı fantastik təklifi müsbət dəyərləndirmək fikrindədir.
Belə ki, bolqar voleybolçunun adını açıqlamadığı komanda ona Braziliyadakından təxminən 10 dəfə çox – 1 milyon ABŞ dolları pul təklif edib. Bolqarıstandan olan həmkarlarımızın iddiasına görə Avropada yalnız 2 ölkə komandaları Vasilyeva üçün bu qədər pul vermək gücündədir. Bunlar Azərbaycan və Türkiyə klublarıdır.
Qeyd edək ki, Braziliya təmsilçisi də Elitsanı heyətdə saxlamaq arzusundadır.

0
0