Çempion “Azərreyl”ə “3” verdi, gümüş “İqtisadçı”nın oldu - YENİLƏNİB
26.04.2013 - 18:50
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, artıq “Rabitə” çempionluğunu rəsmiləşdirdiyindən gümüş və bürünc mükafatçılar sonuncu – XXVIII turda müəyyənləşib.
Düzdür, Voleybol Mərkəzində baş tutacaq turun nəticəsindən asılı olmayaraq, ilk 3 pillədə “Rabitə” ilə yanaşı, “Azərreyl” və “İqtisadçı”nın qərarlaşacağı xeyli əvvəl bəlli olmuşdu. Lakin onların hansının ikinci və hansının üçüncü olacağı “Azərreyl” - “Rabitə”, “Lokomotiv” - “İqtisadçı” görüşündə dəqiqləşib.
Bunadək isə sonuncu pilənin taleyinə aydınlıq gəlib. Turun ilk qarşılaşmasında - “Telekom” “Lokomotiv Biləcəri” üzərində asan qələbə qazanıb. Düzdür, sonuncular 2-ci setdə qalib gəlməklə oyun zamanı hesabda tarazlıq yaradıb. Lakin ilk setdəki qələbə ilə 6-ci yeri təmin edən “Telekom” 3:1 hesablı qələbə qazana bilib.
Bundan sonra meydana çıxan “İqtisadçı” çətinliklə də olsa “Lokomotiv”ə qalib gəlib. Tələbələr ilk seti uduzduqda sonra toparlanaraq 3 xal əldə etməyi bacarıb. Hərçənd daha 1 set uduzacaqları halda onların gümüş arzusu bitmiş olacaqdı.
Günün son matçında çempionun qarşısına çıxan “Azərreyl” isə cəmi 1 set qazanmalı idi ki, “İqtisadçı” üçün əlçatmaz olsun. Çünki bu oyunadək xalları bərabər olan komandalardan “Azərreyl” 33 (56-23), “İqtisadçı” 30 (59-29) set fərqinə malik idi. “Tələbələrin” 2-ci olması üçün “dəmiryolçular” quru hesabla uduzmalı idi. Belə ona halda set fərqi bərabər olduğundan top fərqi əsas götürüləcəkdi. Bu rəqəm universitet komandasında 285, rəqibində isə 236 idi. “Rabitə”yə məğlubiyyət isə bu göstəricini daha da aşağı salacaqdı. Bu isə “İqtisadçı”nın 2-ci olması demək idi.
Gümüş üçün 1 set qazanmağa borclu olan “Azərreyl” ilk setdə müqavimət göstərsə də, 6 xal fərqi ilə uduzub. İkinci setdə isə komandalar topu meydana 54 dəfə daxil etməli olub. Lakin sonda sevinən yenə çempion olub. 3-cü setdə ilk texniki fasiləyə üstün yollanan “Azərreyl” bu üstünlüyü qoruya bilməyib. Nəticədə çempion “dəmiryolçuları” 3 setdə məğlub edərək 3-cü pilləyə yollayıb. “Rabitə”dən “3” alan “Azərreyl”in büdrəməsi “İqtisadçı”nı 2-ci pilləyə daşıyıb.
26 aprel
XXVIII tur
“TELEKOM” – “LOKOMOTİV BIİLƏCƏRİ” - 3:1 (25:22; 24:26; 25:20; 25:22)
İlk oyun: “Lokomotiv Biləcəri” – “Telekom” - 0:3 (21:25, 20:25, 21:25)
İkinci oyun: “Telekom” – “Lokomotiv Biləcəri” - 3:0 (25:19, 25:19, 25:12)
Üçüncü oyun: “Lokomotiv Biləcəri” – “Telekom” - 3:1 (25:22; 25:18; 17:25; 25:15)
“LOKOMOTİV” – “İQTİSADÇI” - 1:3 (25:19; 15:25; 23:25; 21:25)
İlk oyun: “İqtisadçi” – “Lokomotiv” - 3:1 (25:22, 17:25, 25:10, 25:20)
İkinci oyun: “Lokomotiv” – “İqtisadçi” - 2:3 (25:22, 25:18, 19:25, 19:25, 11:15)
Üçüncü oyun: “İqtisadçi” – “Lokomotiv” - 2:3 (23:25; 25:19, 27:25, 23:25, 15:17)
“RABİTƏ” – “AZƏRREYL” - 3:0 (25:19, 28:26, 25:14)
İlk oyun: “Azərreyl” – “Rabitə” - 3:1 (25:21, 21:25, 25:19, 25:23)
İkinci oyun: “Rabitə” – “Azərreyl” - 3:0 (25:20, 25:22, 25:22)
Üçüncü oyun: “Azərreyl” – “Rabitə” - 0:3 (18:25; 23:25; 19:25)

1 | Rabitə | 24 | 22 | 2 | 69-15 | 2070-1599 | 66 |
2 | İqtisadçı | 24 | 17 | 7 | 59-29 | 2040-1755 | 52 |
4 | Azərreyl | 24 | 17 | 7 | 56-23 | 1946-1729 | 52 |
3 | Lokomotiv | 24 | 14 | 10 | 52-38 | 2091-1855 | 41 |
5 | Bakı-Azəryol | 24 | 10 | 14 | 37-47 | 1828-1880 | 29 |
6 | Telekom | 24 | 3 | 21 | 10-64 | 1333-1795 | 9 |
7 | Lokomotiv-Biləcəri | 24 | 1 | 23 | 6-70 | 1287-1874 | 3 |
0
0