Avropa Liqasında yeni qaydalar
25.04.2013 - 16:56
Avropa Liqasında yeni qaydalar
Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeni qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, bu qərar voleybolda hesabların azaldılması ilə bağlıdır.

Belə ki, az öncə FİVB-in İnzibati Şurasının iclasında gündəmə gətirilən məsələ iyundan tətbiq olunmağa başlayacaq. FİVB bunu pilot layihə kimi Avropa Voleybol Konfederasiyasına (CEV) həvalə edib. Artıq Avropa Liqasında setlər indiki kimi 25-ə deyil, 21-ə qədər davam edəcək. Texniki fasilələr isə 8 və 16-da olmayacaq. Bu, 1 dəfə - 12-də reallaşacaq.

Qeyd edək ki, matçın daha tez yekunlaşması televiziyaların marağına uyğun olduğu üçündür.